Qətərdə keçirilən dünya çempionatında qrup mərhələsinin II turunun oyunlarından sonra 1/8 final mərhələsinin 3 iştirakçısı bəlli olub.
İnfoteka.az xəbər verir ki, D qrupundan Fransa millisi, G qrupundan Braziliya yığması, H qrupundan isə Portuqaliya seçməsi adını pley-offa yazdırıb.
Fransızlar II turda Danimarkanı 2:1, portuqaliyalılar Uruqvayı 2:0, "sambaçılar" isə İsveçrəni 1:0 hesabı ilə məğlub edərək, 1/8 finala vəsiqəni rəsmiləşdirib.