Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün sonuncu - 3-cü tura start veriləcək.
İnfoteka.az xəbər verir ki, ilk olaraq A və B qruplarında mübarizə baş tutacaq. A qrupunda 4 xalla ilk iki pilləni bölüşdürən Niderland ilə Ekvador yığmaları müvafiq olaraq, Qətər və Seneqalla qarşılaşacaq. Hər iki kollektivi pley-offa yüksəlmək üçün heç-heçə də qane edəcək. Ev sahiblərinin isə artıq qrupda qalması rəsmiləşib. B qrupunda İran millisi ABŞ-la, İngiltərə seçməsi Uelsə qarşılaşacaq. Bu qrupda bütün komandaların 1/8 finala vəsiqə qazanmaq şansı davam edir.