Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə telefon danışığı aparıb.
İnfoteka.az xəbər verir ki, bu barədə Türkiyə XİN-dən bildirilib.
Qeyd olunub ki, danışıq zamanı qarşıdakı dövrdə həyata keçiriləcək qarşılıqlı səfərlərə hazırlıq məsələləri müzakirə olunub.