Infoteka.az
Siyasət

Çin "BBC"-nin müxbirini həbs etdi - Səfir XİN-ə çağırıldı

Çinin İngiltərədəki səfiri Zheng Zeguang Xarici İşlər Nazirliyinə çağırılıb.

İnfoteka.az xəbər verir ki, buna səbəb Çində COVİD-19 etirazlarını işıqlandıran BBC müxbirinin həbs olunmasıdır.

“Medianı qorumağımız olduqca vacibdir. Bu, Britaniyanın inanc sisteminin əsasını təşkil edir. İctimai yerlərdə baş verən hadisələri işıqlandırarkən jurnalistlər narahat edilmədən işlərini görə bilməlidilər",-deyə nazirliyin bəyanatında qeyd olunub.

Qeyd edək ki, BBC müxbiri Lourensinin Çində COVİD-19 tədbirlərinə qarşı etirazlar sırasında döyüldüyü, həbs edildiyi və əlləri qandallandığı bildirilib.

Çin isə BBC-nin açıqlamasını təkzib edib.

Infoteka.az