Bu ilin yanvar-oktyabr aylarında əcnəbilər bank kartları vasitəsi ilə 1 806 milyon manatlıq əməliyyat aparıb.
İnfoteka.az "Report"a istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nda bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 87,6 % çoxdur.
Təkcə oktyabr ayında isə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 149 milyon manat təşkil edib. Bu da 1 il əvvələ nisbətən 19,8 % çoxdur.