Argentina millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 finala yüksəlib.
İnfoteka.az "Report"a istinadən xəbər verir ki, Cənubi Amerika təmsilçisi buna C qrupunun sonuncu - 3-cü turunda Polşa yığmasını 2:0 hesabı ilə məğlub etməklə nail olub.
Görüşdə hər iki qol 2-ci hissədə vurulub. 46-cı dəqiqədə Aleksis Makallister, 68-ci dəqiqədə isə Xulian Alvares fərqlənib.
Bu nəticədən sonra xallarını 6-ya çatdıran Argentina millisi qrup birincisi kimi pley-offa adlayıb və Avstraliyaya rəqib olub.
Bu qrupdan çıxan digər kollektiv isə Polşa millisi olub. Avropa təmsilçisi Meksika ilə eyni - 4 xala malik olsa da, topların nisbətinə (2:2) Cənubi Amerika kollektivini (2:3) üstələyib və 1/8 finala adlayıb. Avropa təmsilçisi bu mərhələdə Fransa ilə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya və Braziliya yığmaları 1/8 finala vəsiqə qazanıblar.