Infoteka.az
Sağlamlıq

Mərkəz direktoru: "QİÇS-ə daha çox narkotik istifadəçiləri yoluxur"

"QİÇS-ə daha çox narkotik istifadəçilərinin yoluxduğu müşahidə edilir".

İnfoteka.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.

Onun sözlərinə görə, xəstəlik özünü daha çox 25-49 yaş qrupunda göstərir: "Bu dövr həm də repreduktiv bir dövrdür. Narkotik istifadəçiləri və risk qrupları arasında zəruri əks-epidemik tədbirlər aparılır. Ötən 10 ildə infeksion narkotik istifadəçiləri arasında bu xəstəliyin ötürülməsi 2 dəfə azalıb".

Direktor xatırladıb ki, bu ilin son 10 ayında İİV-ə yoluxan 695 nəfər aşkar edilib: "Onların 680 nəfəri Azərbaycan vətəndaşı olub. Bunun da 68 %-i kişi, 32 %-i isə qadın olub".

Infoteka.az