"Zəngəzur dəhlizinin açılması Türkiyənin Ağrı vilayətinin əhəmiyyətini artıracaq".
İnfoteka.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağrı-Hamur-Tutak-Patnos avtomobil yolunun açılışı mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, Türkiyənin Anadoludakı mövcudluğunun hər günü riyakar oyunlarla mübarizədə keçib: "Azərbaycan torpaqlarının uzun illər işğal altında qalmasının səbəbi də məhz bu cür oyunlardır, bəzi ölkələrin səssizliyidir. Region ölkələri bu oyunların öhdəsindən yalnız birgə mübarizə nəticəsində gələ bilərlər”.
Ərdoğan həmçinin Zəngəzur dəhlizinin açılmasının Türkiyənin Ağrı vilayətinin əhəmiyyətini artıracağını söyləyib: “Əlbəttə, bunun üçün ölkəmizdə də sabitliyin olması vacibdir. Çünki terror problemi Türkiyənin mövcud resurslarından istifadə etməsinə mane olur".