Futbol üzrə Belçika millisinin baş məşqçisi Roberto Martines istefa verib.
İnfoteka.az xəbər verir ki, bu barədə 49 yaşlı mütəxəssis Qətərdə keçirilən dünya çempionatında Xorvatiya ilə qolsuz heç-heçə etdikləri F qrupunun III tur oyunundan sonra mətbuat konfransında açıqlama verib. O, yığmadakı vəzifəsindən ayrıldığını açıqlayıb.
Martines 2016-cı ildən "qırmızı şeytanlar"a rəhbərlik edirdi.
Qeyd edək ki, Belçika millisi 4 xalla qrupu 3-cü pillədə başa vurub və mundialla vidalaşıb