İnfoteka.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Yunanıstanla münasibətlər barədə danışarkən deyib.
Onun sözlərinə görə, Yunanıstan gərginliyi artıracaq təxribatlardan əl çəkməlidir: “Biz səbir edib diplomatik həllə inanırıq. Amma dialoq çağırışımız zəiflik deyil. Haqqımızı müdafiə edəcəyik”.
Nazir həmçinin bildirib ki, rəsmi Ankara Afina ilə dialoq təkliflərini hər zaman gündəmdə saxlayır.