“Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili artıq Gürcüstanın siyasi həyatında iştirak etmək niyyətində deyil”.
İnfoteka.az xəbər verir ki, bu barədə Saakaşvilinin anası Giuli Alasaniyanın sabiq prezidentin “Facebook” səhifəsində dərc edilən bəyanatında deyilir.
Həbsdə olan Saakaşvilinin anası qeyd edib ki, oğlu vəkillərinin əvvəllər danışdıqları zəhərlənmə ehtimalına görə Gürcüstan hakimiyyətini günahlandırmır.