Infoteka.az
İqtisadiyyat

Maliyyə Nazirliyi və ƏMDX “Azərbaycan Beynəlxalq Bankı”ndakı payını artırıb

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.

İnfoteka.az bu barədə Banka istinadən xəbər verir.

Məlumata görə, ABB-nin səhmlərinin 91,4 %-nə nəzarət edən Maliyyə Nazirliyi payını 92,56 %-ə, 3,76 %-nə nəzarət edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) isə payını 3,81 %-ə çatdırıb.

Əvəzində Bankda digər hüquqi və fiziki şəxslərin payı 4,61%-dən 3,4%-ə düşüb. Kredit təşkilatının səhmlərinin qalan 0,23%-lik hissəsi isə əvvəlki qaydada “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT) məxsusdur.

ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 225,648 milyon manatdır.

Infoteka.az