Infoteka.az
Siyasət

Ağ ev sözçüsü: "ABŞ Cənubi Qafqazda dinc gələcəyi təmin etmək üçün tərəflərlə çox fəal işləyir"

“ABŞ Cənubi Qafqaz regionunun dinc gələcəyini təmin etmək üçün tərəflərlə çox fəal işləyir”.

İnfoteka.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi brifinqdə deyib.

O bildirib ki, ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Ermənistan və Azərbaycanda arasnda iki dəfə üçtərəfli görüş keçirilib:

“Tərəflərlə telefon əlaqəsi də davam etdirilir”.

Ned Praysın sözlərinə görə, ABŞ iki ölkə arasında davamlı sülhə və problemin həllinə aparan diplomatiyanı dəstəkləyir:

“Ümid edirik ki, iki ölkə arasında dialoq konstruktiv atmosfer davam edəcək”.

Infoteka.az