Argentina millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 final mərhələsinə vəsiqə qazanıb.
İnfoteka.az xəbər verir ki, Lionel Skaloninin baş məşqçi olduğu komanda 1/8 finalda Avstraliyanı 2:1 hesabı ilə məğlub edib.
Cənubi Amerika təmsilçisinin qollarını 35-ci dəqiqədə Lionel Messi, 57-ci dəqiqədə Julian Alvares vurub. Avstraliya yığmasının heyətində Kreyq Qudvin 77-ci dəqiqədə fərqlənib.
Komanda 1/4 finalda Niderlandla üz-üzə gələcək. Matç dekabrın 9-da baş tutacaq.