PSJ və Fransa yığmasının forvardı Kilian Mbappe xərçəngdən əziyyət çəkən əfsanəvi braziliyalı futbolçu Pele üçün dua etməyə çağırıb.
O, bu barədə özünün “Twitter” səhifəsində yazıb.
“Kral üçün dua edin”, - deyə fransız hücumçu sosial şəbəkədə qeyd edib.
Xatırladaq ki, xərçəngdən əziyyət çəkən 82 yaşlı Pele hazırda xəstəxanada müalicə alır.