“Azərbaycanla Rusiya arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir”.
İnfoteka.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşündən sonra deyib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri C.Bayramov ilə bugünkü görüşü müsbət qiymətləndirib.
Lavrov qeyd edib ki, ikitərəfli əlaqələrin inkişafına digər məsələlərlə yanaşı, ən yüksək səviyyədə olan münasibətlər də təsir göstərir. Buna misal kimi, o, bu il Azərbaycan və Rusiya prezidentlərinin altı dəfə görüşməsini qeyd edib.