Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Mahir Emrelinin Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasında əsas heyətə düşə bilməməsinin səbəbini açıqlayıb.
İnfoteka.az xəbər verir ki, xorvatiyalı mütəxəssis "Report"a açıqlamasında bunu Zaqreb təmsilçisində keyfiyyətli oyunçuların çox olması ilə əlaqələndirib.
Baş məşqçi bildirib ki, ölkənin ən titullu klubunda əsas heyətə düşmək elə də asan deyil: "Mahir həm yaxşı oğlan, həm də yaxşı futbolçudur. İnanıram ki, vaxt keçdikcə əsas heyətdə özünə yer tapacaq. Sadəcə, bir qədər səbirli olmalı, öz üzərində daha çox çalışmalıdır".
Qeyd edək ki, Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisinə rəhbərlik edib.