ABŞ-ın müdafiə naziri Lloyd Ostin ukraynalı həmkarı Aleksey Reznikovla telefonla danışıb.
İnfoteka.az xəbər verir ki, nazirlər Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sisteminin gücləndirilməsi məsələsini müzakirə ediblər.
“Bugünkü telefon danışığımız zamanı Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün gələcək addımları müzakirə etdik. Davamlı dəstəyə görə ABŞ-a təşəkkür edirəm!”, - A.Reznikov tviterdə yazıb.