Infoteka.az
Dünya

Ukrayna kütləvi atəş altında: Bir gündə 70-dən çox raket atıldı

Ukrayna qüvvələri dekabrın 5-də Rusiyanın atdığı 70-dən çox raketdən 60-a yaxınını vurub.

Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

İlkin məlumatlara görə, 38 ədəd X-101/X-555 qanadlı raketləri Xəzər dənizindən və Rostov vilayətinin Volqodonsk şəhərindən Tu-95ms strateji bombardmançı təyyarələri tərəfindən buraxılıb.

Həmçinin Qara dəniz donanmasının gəmilərindən 22 ədəd Kalibr raketi buraxılıb. Hücumun dəf edilməsinə zenit-raket bölmələri, aviasiya, Hərbi Hava Qüvvələrinin mobil atəş qrupları və Müdafiə Qüvvələrinin digər bölmələri cəlb olunub. Ümumilikdə 60-dan çox raket vurulub.

Infoteka.az