İranda tanınmış hüquq müdafiəçisi, keçmiş siyasi məhbus Bahar Hedayet oktyabrın 3-də səhər saatlarında Tehranda həbs edilib.
İnfoteka.az report-a istinadən xəbər verir ki, məlumatı BBC yayıb.
Qeyd olunub ki, daha bir siyasi fəal Hüseyn Məsumi də tutulub.
Qeyd edək ki, Tehranda Şərif adına Texnologiya Universitetinə hərbi-polis qüvvələri hücum edib. Oktyabrın 3-dən etibarən universitetdə əyani dərslər dayandırılıb və tədris distant rejiminə keçirilib.