“Türkiyə və Azərbaycanı kimsə bir-birindən ayıra bilməz”.
İnfoteka.az “Anadolu”ya istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Türkiyənin birgə hərbi təliminin iştirakçılarına müraciətində deyib.
O bildirib ki, birgə hərbi təlimlər bunu göstərdi:
“Türkiyə və Azərbaycan bu hərbi təlimlərlə həmrəylik nümayiş etdirdi”.