“Azərbaycan sözdə deyil, əməldə bizim etibarlı və ən mühüm tərəfdaşımızdır”.
İnfoteka.az BELTA-ya istinadən xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Andrey Ravkov “Novoye Vremya” ictimai-siyasi gündəlik qəzetinə müsahibəsində deyib.
"İqtisadi sahə hər zaman tərəfdaşlığımızın önündə olub və elə də qalmaqdadır, çünki bu, hər iki tərəf üçün real, nəzərəçarpacaq və qarşılıqlı fayda kəsb edən nəticələr verir. Bunun praktiki təsdiqi ticarətin davamlı artımıdır ki, biz təkcə ötən il onu demək olar, 1 milyard dollar səviyyəsinə çatdırmışıq”, - diplomat bildirib.
O, bu il əsas əmtəə məhsulları üzrə dövriyyənin artdığına diqqət çəkib, eyni zamanda, ixrac və idxalın həcmləri arasında praktiki olaraq paritetin müşahidə olunduğunu vurğulayıb. "Azərbaycandan Belarusa meyvə-tərəvəz məhsullarının idxalı mühüm rol oynayır. Məsələn, biz bu il pomidor alışını 3 dəfə artırmışıq", - Andrey Ravkov bildirib. O, iki ölkə üçün əlamətdar layihəyə çevrilən Belarus maşınqayırma şirkətləri ilə Gəncə Avtomobil Zavodu arasında əməkdaşlığın daha da artdığını və bunun sənaye əməkdaşlığı sahəsində səmərəli qarşılıqlı fəaliyyətin gözəl nümunəsi olduğunu bildirib.
“15 il ərzində Gəncədə 12 mindən çox “Belarus” traktoru, o cümlədən 4 minə yaxın digər Belarus texnikası yığılıb”, - səfir qeyd edib.
Onun sözlərinə görə, hökumətlərarası komissiyanın cari ilin iyun ayında keçirilmiş 12-ci iclasının yekunlarına əsasən müvafiq protokol imzalanıb ki, onun nəticəsi ikitərəfli iqtisadi-ticarət əlaqələrinin bütün spektri üzrə qarşılıqlı fəaliyyətin daha da intensivləşdirilməsi və yeni qarşılıqlı fayda kəsb edən layihələrə çıxışın təmin edilməsidir.