Infoteka.az
Sosial

Metronun Bənövşəyi xəttinin stansiyalarına giriş məhdudiyyəti ləğv edilib

"Bakı Metropoliteni" QSC-nin Bənövşəyi xəttinin stansiyalarına giriş məhdudiyyəti aradan qaldırılıb.

Bunu İnfoteka.az-a qurumun Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

"Bənövşəyi xəttin “Xocəsən-Avtovağzal” sahəsində qatarların hərəkətinin təşkil edilməsinə dair işlərin başlanması ilə əlaqədar sentyabrın 6-dan xəttin “Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr” stansiyaları 30 dəqiqə tez - saat 23:30-da bağlanırdı və qatarların hərəkətinə məhdudiyyət qoyulmuşdu. Həmin işlərin I mərhələsi yekunlaşdırıldığından stansiyalara girişə qoyulmuş məhdudiyyət ləğv edilib. Sərnişinlər adi iş rejimi qaydasında (saat 00:00-a qədər) stansiyalarının xidmətindən istifadə edə bilərlər", - o deyib.

Infoteka.az