Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov Bəhreyndə bir sıra ölkələrlə ikitərəfli əməkdaşlığı müzakirə edib.
İnfoteka.az xəbər verir ki, bu barədə o, tviter hesabında məlumat verib.
"Bəhreyn Krallığında dekabrın 5-dən 7-dək Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Siyasi Komissiyasının 87-ci sessiyasında iştirak etdik. Dünya gömrük işi müstəvisində aparılan müzakirələrdə münasibətimizi bildirdik, təkliflərimizi səsləndirdik, ikitərəfli görüşlərdə əməkdaşlığın perspektivlərini müzakirə etdik", - o əlavə edib.