Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Dağıstanda Mahaçqaladan 82 km cənub-cənub qərbdə zəlzələ qeydə alınıb.
İnfoteka.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, zəlzələ Azərbaycan ərazisində sərhəd rayonlarında 3-4 bala qədər hiss olunub.
Maqnitudası 5,8 olan zəlzələ 23 km dərinlikdə qeydə alınıb.
Qeyd edək ki, dekabrın 8-də Rusiyanın Dağıstan Respublikası ilə Gürcüstan sərhədində 5,5 bal gücündə zəlzələ olub. Yeraltı təkanların episentri 23 km dərinlikdə yerləşib.