Əri, sevgilisi və 2 uşağı ilə eyni evdə yaşayan qadın sosial mediada gündəm olub.
İnfoteka.az azxeber.com-a istinadən xəbər verir ki, Avstraliyada yaşayan ginekoloq Tamika Uaylder adlı qadın festival zamanı tanış olduğu Rob adlı kişi ilə münasibət qurmağa başlayıb. Daha sonra Rob onlara köçəndə evdə qadının həyat yoldaşı və uşaqları ilə eyni evdə yaşamalı olub.
Tamika vəziyyətlə bağlı "Uşaqların atası həmişə olduğu kimi bizimlədir, hamımız həqiqətən yaxın dostuq. Mənim sevgilim və uşaqlarımın atası da bir-birləri ilə mehribandılar. İkisi birlikdə gəzir, gəzintiyə çıxır və hətta qucaqlaşırlar”, - deyə bildirib.
Qeyd edək ki, ƏTamikanın etirafları sosial mediada böyük reaksiya ilə qarşılanıb.