Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın 12-də MDB-yə üzv dövlətlərin Moskvadakı səfirləri ilə ənənəvi görüş keçirəcək.
İnfoteka.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dekabrın 8-də keçirdiyi brifinqdə bildirib.
“Sergey Lavrov ötənilki fəaliyyətin nəticələrini yekunlaşdıracaq, gələn il üçün Rusiyanın prioritet istiqamətlərini elan edəcək”, - o deyib.
Qeyd edək ki, MDB 1991-ci il dekabrın 8-də yaradılıb.