“Ermənistan ilin sonuna qədər sülh müqaviləsinin bağlanması üçün hər cür səy göstərəcək”.
İnfoteka.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 8-də keçirdiyi brifinqdə deyib.
O bildirib ki, rəsmi İrəvan sülh müqaviləsinin Ermənistan tərəfinin əlavə və şərhləri ilə redaktə edilmiş mətni tezliklə Azərbaycana təqdim edəcək.