Infoteka.az
İdman

İspaniya millisi Luis Enrike ilə yollarını ayırıb

Futbol üzrə İspaniya millisi baş məşqçisi Luis Enrike ilə yollarını ayırıb.

İnfoteka.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyası (RFEF) məlumat yayıb.

RFEF 52 yaşlı mütəxəssisin köməkçiləri ilə də vidalaşıb.

Qeyd edək ki, Luis Enrike 2018-ci ildən yığmada işləyib. Komanda onun rəhbərliyi altında AVRO-2020-də yarımfinala yüksəlib. İspaniya seçməsi DÇ-2022-nin 1/8 finalında Mərakeşə penaltilər seriyasında məğlub olub.

Infoteka.az