Futbol üzrə İspaniya millisinin yeni baş məşqçisi bəlli olub.
İnfoteka.az İspaniya Kral Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifə Luis de la Fuenteyə tapşırılıb.
61 yaşlı mütəxəssis bu gün istefa verən Luis Enrikeni əvəzləyib. Onunla dekabrın 12-də rəsmi müqavilə imzalanacaq.
De la Fuente bunadək İspaniyanın U-21 yığmasına rəhbərlik edib.