Aİ-nin Daxili İşlər və Ədliyyə Şurası Bolqarıstan və Rumıniyanın Şengen zonasına daxil olması ilə bağlı qərarı dəstəkləməkdən imtina edib.
Məlumata görə, Aİ-nin 27 nazirindən 25-i Balkan ölkələrinin lehinə, Avstriya və Niderland nümayəndələri isə əleyhinə səs verib.
Eyni zamanda, Aİ ölkələri Xorvatiyanın Şengen zonasına daxil olmasını rəsmən təsdiqləyib.
Mənbə: TASS