Infoteka.az
Siyasət

Ukraynanın XİN rəhbəri: “Makronun mövqeyi iyrəncdir”

“Rusiya və Belarus idmançılarının 2024-cü il Olimpiya Oyunlarına buraxılmasını zəruri hesab edən Fransa prezidenti Emmanuel Makronun mövqeyi iyrəncdir”.

İnfoteka.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kulebaya tviterdə yazıb.

“Rusiya fevral ayından bəri 184 ukraynalı idmançını öldürüb. İndi də Bax (Beynəlxalq Olimpiya Komitəsinin prezidenti (IOC) Tomas Bax - red.) Emmanuel Makrondan sitat gətirir ki, guya “idmanı siyasiləşdirmək olmaz”, Ukrayna, Rusiya və Belarus idmançılarına eyni münasibət göstərilməlidir. Müharibə cinayətlərinə haqq qazandırmaq üçün idmandan istifadə iyrəncdir”, - nazir tviterdə yazıb.

Qeyd edək ki, “Paris-2024” Olimpiya Oyunlarının 2024-cü il 26 iyul-11 avqust aralığında keçirilməsi planlaşdırılır.

Infoteka.az