Infoteka.az
Siyasət

Bu ayın sonu MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçiriləcək

Dekabr ayının sonunda Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçiriləcək.

İnfoteka.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov brifinqdə bildirib.

“Dekabrın sonunda yaranmış ənənəyə uyğun olaraq Sankt-Peterburqda MDB iştirakçısı olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi, dostluq görüşü keçiriləcək”, - o deyib.

Qeyd edək ki, oktyabrın 7-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Infoteka.az