Milli Məclisin bu gün keçirilən plenar iclasında "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
İnfoteka.az xəbər verir ki, layihədə 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 milyard 773 milyon 978 min manat, xərcləri 33 milyard 353 milyon 278 min manat məbləğində nəzərdə tutulur.
Azərbaycanın 2023-cü il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 1 milyard 300 milyon manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 750 milyon manat təsdiq ediləcək.
Dövlət büdcəsi kəsirinin yuxarı həddi 2 milyard 579 milyon 300 min manat məbləğində nəzərdə tutulur.