İctimai fəal Bəxtiyar Hacıyev saxlanılıb.
İnfoteka.az xəbər verir ki, bu barədə vəkil Aqil Layıc sosial şəbəkədə məlumat paylaşıb.
O bildirib ki, B.Hacıyev Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib: "Hazırda barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Xətai Rayon Məhkəməsinə aparılır".
Hazırda onun saxlanılmasının səbəbi dəqiqləşdirilir.