Rusiya və ABŞ diplomatları arasında ziddiyyətli məsələlərin müzakirəsi ilə bağlı İstanbulda görüş keçirilir.
İnfoteka.az TASS-a istinadən xəbər verir ki, bu barədə diplomatik mənbə məlumat verib.
“Bu gün İstanbulda Rusiya və ABŞ diplomatlarının görüşü keçirilir. Onlar həmçinin, ziddiyyətli, qıcıqlandırıcı məsələləri müzakirə edir. Bəs qıcıqlandırıcı məsələlər hansıdır? Bu viza problemi, diplomatik heyətlərin yerləşməsi və xaricdəki diplomatik qurumların necə fəaliyyət göstərməsi və s. bağlıdır”, - deyə mənbə bildirib.