Xətai Rayon Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
İnfoteka.az xəbər verir ki, bu barədə vəkil Aqil Layıc sosial şəbəkədə məlumat paylaşıb.
Qeyd edilib ki, vətəndaş Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır. Barəsində qətimkan tədbiri seçilmək üçün o, bu gün məhkəməyə göndərilib.