Xanbaba Hüseynov Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi direktorunun elmi işlər üzrə müavini təyin olunub.
Bu barədə İnfoteka.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
O, bu gündən işə başlayıb.
Qeyd edək ki, X.Hüseynov 1981-1987- illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika ixtisası üzrə təhsil alıb. Daha öncə isə Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru kimi fəaliyyət göstərib. O, sentyabrın 30-da tutduğu vəzifəsindən azad edilmişdi. Onun yerinə isə İlqar Ramiz oğlu təyin edilib.