Bu gün Azərbaycanda akkreditə olunmuş diplomatlar və hərbi attaşelər Zəngilan rayonunun Ağalı kəndindəki pilot məktəbdəki şəraitlə tanış olublar.
Zəngilana səfər edənlər arasında Fransanın Azərbaycandakı səfiri Ann Buayon da olub.
O səfər təəssüratları barədə öz "Twitter" səhifəsində yazıb:
"Ağalı kəndində səfər zamanı pilot məktəbə baş çəkdik. Zəngilan şəhəri bərpa olunacaq. İşlər artıq başlayıb".