Infoteka.az
Hərbi

Müdafiə nazirinin yeni müşaviri, əfsanəvi general Bəxtiyar Ersay kimdir?- DOSYE

Daha öncə xəbər verdiyimiz kimi, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlıq Qrupunun komandanı general-polkovnik Bəxtiyar Ersay Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri təyin edilib.

O, Müdafiə Nazirliyinin bu gün keçirilən Kollegiya iclasında məhz Zakir Həsənovun müşaviri kimi çıxış edib.

Musavat.com Bəxtiyar Ersayın Türkiyədəki əfsanəvi hərb yolunu təqdim edir:

Polkovnik Bəxtiyar Ersay Türkiyədə Balyoz hadisələri zamanı həbs edilib, barəsində 16 il həbs qərarı çıxarılıb. Həbsinin 31-ci ayında azadlığa çıxan polkovnik qısa müddət sonra general rütbəsi alır və briqada komandanı təyin olunur. O, başına gələn müsibətlərdən sonra mükafatlandırılması və ya orduda ona ehtiyac duyulmasına çox təvazükar şəkildə "Mən türk zabitiyəm. Belə yetişdirildim. Dövlətdən küsmək olmaz. Bəli, başımıza haqsız işlər gəldi. Allaha verərkən yaxşı, alarkən pis deyilə bilmədiyi kimi, dövlətədə verərkən yaxşı, alarkən pis demək olmaz. Biz hər şərtlərdə "Vətən sağ olsun",- deyə yetişdirildik",- cavabını verib.

Polkovnik Bəxtiyar Ersay FETÖ-nün 15 iyun 2015-ci ildəki dövlət çevrilişi cəhdindən sonra general-mayor rütbəsi alıb.

16 iyul çevrilişindən iki həftə sonra Haqqari-Çukuca 2 Sərhəd Birqadasının komandanı təyin edilib. İlk vəzifəsindən biri Kaletepe bölgəsində toplanan və hücum planları həyata keçirən PKK qrupunu zərərləşdirmək olub. Yüzlərlə PKK terrorçusunu özündə birləşdirən bu qrup 7 dəfə sərhədi pozmağa çalışıb. General B. Ersayın komandanlığındakı briqada PKK terrorçularının gözləmədiyi halda əməliyyat keçirib. Məlumatlarda qeyd edilir ki, bu əməliyyatla 207 terrorçu məhv edilib. Əməliyyat zamanı general Ersay Kaletepe Dağbaşında əsgərləri ilə günlərlə birlikdə yatıb, birlikdə yeyib, onlarla birlikdə savaşıb.

General əslən Türkiyənin Tunceli bölgəsinin Çemisgezek mahalındandır.

Ersay ilk hərbi təhsilini İşıklar hərbi liseyində alıb. Daha sonra isə hərbi akademiyaya qəbul olub.
Hərbi məktəbi artilleriya üzrə başa vurub və leytenant rütbəsi alıb. O, kapitan rütbəsində hərbi akademiyanı bitirib. Hərbi ataşşe olaraq Tunisdə xidmət etdiyi illərdə də diqqət mərkəzində olub.

Müəmmar Qəddafinin ölümü ilə Liviya və Tünisdə başlayan qarmaqarışıq hadisələr zamanı minlərlə türk vətəndaşının bu ölkədən sağ-salamat təxliyəsini təmin edən əməliyyatın başında B. Ersay dayanıb.

Azərbaycana gəlməzdən öncə Türkiyədə PKK-ya qarşı ən böyük əməliyyatlar həyata keçirən generallardan biri də B. Ersaydur.

General B. Ersayın sonuncu vəzifəsi Türkiyədəki sonuncu vəzivəsi Quru Qoşunları müavininin əməliyyat məsələləri üzrə müavini olub.

Ersay hər zaman dağlarda düşmənlə üz-üzə gəlib və hər dəfə də düşmənə ağır məğlubiyyət yaşadıb.

2021-ci ildən Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi, general-mayor Bəxtiyar Ersay Azərbaycanda Xidmət Qrupu Komandanlığında xidmətə başlayıb.

Infoteka.az