Infoteka.az
Dünya

Rusiya Baş Qərargah rəisi vəzifəsindən uzaqlaşdırıldı?

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı rəhbərliyində yaxın vaxtlarda dəyişiklik olacağı barədə məlumat Ukrayna kanalları tərəfindən yayılan saxta məlumatdır.

İnfoteka.az xəbər verir ki, bu barədə dekabrın 11-də Rusiya Federasiyasının Müdafiə Nazirliyi öz rəsmi “Telegram” kanalında bildirib.

“Valeri Gerasimov Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi kimi öz rəsmi vəzifələrini yerinə yetirməkdə davam edir. Onun istefası üçün heç bir əsas yoxdur”, - məlumatda deyilir.

Qeyd olunur ki, Baş Qərargah rəisini yalnız Rusiya Federasiyasının prezidenti vəzifəsindən azad edə bilər, lakin Kremlin saytında müvafiq fərman yoxdur. Vurğulanır ki, Gerasimov bu yaxınlarda Rusiya Qəhrəmanlarına medalların təqdim edilməsi mərasimində iştirak edib, həmçinin Baş Qərargahın Hərbi Akademiyasının yaradılmasının 190 illiyinə həsr olunmuş mərasimdə də görüntülənib.

Infoteka.az