Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlanıb.
İnfoteka.az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.
Bildirilib ki, dekabrın 5-dən 10-dək olan dövrdə Tərtər, Ağdam, Füzuli, Laçın, Şuşa, Xocavənd, Qubadlı, Cəbrayıl və Zəngilanda 1 piyada əleyhinə, üç tank əleyhinə mina və 47 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 271 hektar ərazi mina və PHS-lərdən təmizlənib.