Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 103 illiyi, eyni zamanda Azərbaycan və Dünya Bankı arasında tərəfdaşlığın 30-cu ildönümü ərəfəsində Azərbaycan Respublikası Mərkəzi Bankının və Dünya Bankının Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə bu gün mətbuat nümayəndələri üçün "Tədiyə balansı" və “Dünya Bankının ümumi prinsipləri, strukturu, qlobal miqyasda və Azərbaycanda fəaliyyəti” mövzularında təlim keçirilib.
İnfoteka.az xəbər verir ki, təlim iştirakçılarına tədiyə balansının mahiyyəti, strukturu, metodoloji əsasları, makroiqtisadi göstəricilər sisteminin mühüm tərkib hissəsi kimi əhəmiyyəti, pul və məzənnə siyasəti aspektləri barədə ətraflı məlumat verilib, həmçinin cari ilin 6 ayı üzrə ölkənin tədiyə balansının təhlili təqdim olunub.