Türkiyənin cənub-şərqində yerləşən Şirnak vilayətində ehtiyatı 150 milyon barel olan neft yatağı aşkar edilib.
İnfoteka.az “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Biz Qabar dağının ətrafında 150 milyon barel xalis neft ehtiyatı aşkar etmişik. Bu, 2022-ci ildə aşkar edilən 10 ən böyük quru yatağından biridir. Ehtiyatların dəyəri təxminən 12 milyard dollardır”, - o vurğulayıb