Avropa Komissiyası Ukraynaya daha 500 milyon avro ayırıb.
İnfoteka.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
Bu, Avropa Komissiyasının Ukrayna üçün nəzərdə tutduğu 5 milyard avroluq makromaliyyə yardımı paketinə daxildir. Maliyyə yardımı Ukraynaya güzəştli kreditlər şəklində verilib.
Xatırladaq ki, Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayandan bəri Avropa İttifaqı Ukraynaya 7,2 milyard avro vəsait ayırıb. Bunun 600 milyon avrosu martda, daha 600 milyon avrosu mayda, 1 milyardı avqustda, 2 milyardı oktyabrda, 2,5 milyard avrosu isə noyabrda ödənilib.
Aİ ölkələri dekabrın 13-də gələn il Ukraynaya 18 milyard avroluq makromaliyyə yardımının verilməsini dəstəkləyib.