Koreya Xalq Demokratik Respublikası (KXDR) yenidən ballistik raket buraxıb.
İnfoteka.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla məlumat yayıb.
Hələlik raketin və buraxılışın detalları barədə məlumat yoxdur.
KXDR tərəfindən buraxılan ballistik raket 4 600 km uçub, uçuşun maksimal hündürlüyü 1 000 km olub.
Qeyd edək ki, KXDR ilin əvvəlindən bəri bir neçə dəfə ballistik və hipersəsli raket buraxılışı həyata keçirib.
Raket buraxılışlarından biri isə ABŞ-ın vitse-prezidenti Kamala Harrisin Seula planlaşdırılan səfəri, habelə Cənubi Koreya və ABŞ hərbçilərinin dənizdə növbəti hərbi təlimləri dövrünə təsadüf etmişdi.