Infoteka.az
İqtisadiyyat

Azərbaycanda gömrük xidmətləri ilə bağlı suallar operativ cavablandırılacaq - VİDEO

Dövlət Gömrük Komitəsi vətəndaşların müraciətlərinin operativ cavablandırılması üçün xüsusi alqoritm əsaslı çat sisteminin tətbiqinə başlayıb.

İnfoteka.az komitəyə istinadən xəbər verir ki, komitənin rəsmi veb səhifəsində, elektron xidmətlər portalında və mobil tətbiqində çat-bot vasitəsilə gömrük xidmətləri ilə bağlı suallarınız artıq qısa vaxt ərzində cavablandırılacaq.

Bunun üçün qurumun internet səhifəsində və mobil tətbiqində “çat-bot” pəncərəsinə daxil olmaqla ad, soyad və elektron poçtu qeyd etmək kifayətdir.

"Bu yenilik vətəndaşlar üçün xidmət səviyyəsinin yüksəldilməsi ilə yanaşı, gömrük xidmətləri ilə bağlı yaranan sualların operativ və müfəssəl cavablandırılmasını təmin edəcək", - deyə komitə bəyan edib.

Infoteka.az