İnfoteka.az xəbər verir ki, 10 dekabr 2022-ci il tarixindən Astara rayonu Y.Nəsirov adına Sərək kənd tam orta məktəbində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkil etdiyi "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi"nin fərdi kateqoriyası üzrə qalibi olan "Psixoloji dəstəklə təhsilə şagird qazan" adlı layihəsində təlimlərə başlanıldı.
Layihə rəhbəri məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Zamiq Mirzəyev, təlimçi psixoloq Fərrux Əliyevdir. Layihənin ekpserti Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Astara üzrə koordinatoru Firuzə Mirzəyeva şagirdlərə layihədə qoyulan problemin günümüz üçün aktuallığını vurğuladı. "Google form" vasitəsilə seçim meyarları əsasında Y.Nəsirov adına Sərək kənd tam orta məktəbindən seçilmiş idraki və emosianal çətinliklərlə üzləşən 30 şagirdlə layihənin ilk təlimi həyata keçirildi. Şagirdlər idraki və emosional sferada rastlaşdıqları problemləri təlimçi Fərrux Əliyevlə birlikdə aradan qaldırmağa çalışdılar. Qeyd edək ki, layihə çərçivəsində seçilən digər 4 məktəbdə də təlimlər davam etdiriləcək.