Infoteka.az
İdman

Portuqaliya millisinin baş məşqçisi istefa verdi

Fernandu Santuş Portuqaliya milli futbol komandasının baş məşqçi postunu tərk edib.

İnfoteka.az xəbər verir ki, bu barədə cümə axşamı Portuqaliya Futbol Federasiyasının (FPF) mətbuat xidməti məlumat yayıb.

2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Portuqaliya yığması Mərakeş komandasına uduzaraq (0:1) 1/4 finala yüksələ bilməyib.

Qeyd edək ki, Santuş 2014-cü ildən Portuqaliya millisinə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 2016-cı ildə Avropa çempionu, 2019-cu ildə Millətlər Liqasının qalibi olub.

Infoteka.az