Qətərdə keçirilən dünya çempionatında bürünc medal qazan komanda bəlli olub.
İnfoteka.az xəbər verir ki, üçüncü yer uğrunda oyunda Xorvatiya və Mərakeş yığmaları üz-üzə gəliblər.
Qarşılaşma Avropa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. "Damalılar"ın qollarını 7-ci dəqiqədə Yosko Qvardiol, 42-ci dəqiqədə Mislav Orşiç vurub. Afrikalıların heyətində Əşrəf Dari 9-cu dəqiqədə fərqlənib.
Beləliklə, Xorvatiya seçməsi tarixində ikinci dəfə mundialın bürünc medalına sahib çıxıb.